Azərbaycanda milli ödəniş sistemi fasiləsiz işləyəcək


İqtisadiyyat 10 Yan 2020 16:18:10 130 0

Azərbaycanda milli ödəniş sistemi fasiləsiz işləyəcək

Azərbaycan Mərkəzi Bankı bu il “7/24/365” layihəsini başa çatdırmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı bu il “7/24/365” layihəsini başa çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.

“Həmin layihə nəticəsində ödəniş sistemimiz fasiləsiz işləyəcək. Bu, həm bank sektoru, həm də biznes üçün faydalı olacaq”, - deyə o, qeyd edib.