Estoniya hərbçiləri İraqdan çıxarıldılar


Dünya 10 Yan 2020 15:59:00 138 0

Estoniya hərbçiləri İraqdan çıxarıldılar

İraqda yerləşən Estoniya qoşunları bu ölkədən çıxarılaraq Küveytə yerləşdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq məlumat Estoniya Müdafiə Qüvvələrinin rəsmi saytında dərc edilib.

Məlumata görə, "Əl-Əsəd" aviabazasında təlimatçı işləyən altı əsgər və İraqdakı birgə əməliyyat qərargahının bir zabiti İraqı tərk edib. Onların Küveytdə nə qədər vaxt keçirəcəkləri dəqiqləşdirilməyib.

Bundan əvvəl, altı Latviya əsgərinin hamısı İraqı tərk etmişdi. Onlar da Küveytə köçürülüb. Latviya Müdafiə Nazirliyi bunu təhlükəsizlik tələbləri ilə izah edib.

Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasına qərar verib. Hazırda ABŞ, İngiltərə, Fransa, Almaniya və digər Avropa ölkələrinin hərbçiləri var. ABŞ bu qərardan məyus olduğunu bildirib.