ABŞın Suriya üzrə xüsusi nümayəndəsi Ankaradadır


Dünya 10 Yan 2020 13:47:00 108 0

ABŞın Suriya üzrə xüsusi nümayəndəsi Ankaradadır

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymc Cefri Ankaradadır.

Son.az APA-ya istinadla xəbər verir ki, o, bu gün ilk olaraq, Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşəcək. Sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalınla görüş planlaşdırılır.

Ceyms Cefri görüşlərdə Suriya-Türkiyə sərhədindəki təhlükəsiz bölgə məsələsi, "Barış bulağı" hərəkatından sonra ərazidəki vəziyyət, Suriyanın Konstitusiya Komissiyası ilə bağlı fəaliyyətlər, İdlib bölgəsindəki münaqişələr və davam edən köç hərəkatı ilə bağlı müzakirələr aparacaq.