MDB: Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Müşahidə missiyası bu tarixdə açılacaq


Siyasət 10 Yan 2020 13:25:00 134 0

MDB: Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Müşahidə missiyası bu tarixdə açılacaq

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində MDB Müşahidə missiyasının açılması yanvarın 19-da və ya 20-də planlaşdırılır.

Son.az bildirir ki, bunu Trend-ə MDB-nin Müşahidə missiyasının fəaliyyətinin təmin olunması şöbəsindən bildiriblər.

Qeyd olunub ki, MDB-nin icraiyyə komitəsi Azərbaycan hökumətindən parlament seçkiləri üçün dəvət alıb:

"MDB Müşahidə missiyası barədə müddəalara uyğun olaraq biz MDB dövlətlərinə məktublar yollamışıq və missiya üçün namizədlərin təklif olunmasını xahiş etmişik. Missiyanın yanvarın 19-da və ya 20-də açılması planlaşdırılır".

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.