Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib


Sosial 10 Yan 2020 13:17:52 135 0

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.&

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin (RPİ)17-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 9-da saat 1 radələrində D.Əliyevə küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə sərnişin qismində oturan şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirib və qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk edib.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.