Meşədə qətl törədən İmişli sakini tutuldu


Digərləri 10 Yan 2020 13:19:00 245 0

Meşədə qətl törədən İmişli sakini tutuldu

Z.Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən imişli rayon sakini E.Quliyev saxlanılıb.

Bakı. Z.Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən imişli rayon sakini E.Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 10-da saat 5 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisindəki meşə zolağında şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.