Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı


Digərləri 10 Yan 2020 12:39:00 157 0

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il bilik yarışının ilkin mərhələsində təxminən 35000 şagirdin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir.