Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və müavinləri vətəndaşlarla görüşəcək


Digərləri 10 Yan 2020 11:27:00 177 0

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və müavinləri vətəndaşlarla görüşəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Cəlilabad və Biləsuvar rayonlarında həmin rayonların, həmçinin Biləsuvar rayonunda Cəbrayıl rayonunun da sakinləri ilə görüşəcəklər. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.