Azərbaycan nefti ucuzlaşır


Digərləri 10 Yan 2020 11:14:00 141 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 68,3 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 68,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel azdır.