Tacikistanla sərhəddə baş verən toqquşmalara görə qırğızlar təxliyyə ediliblər


Dünya 10 Yan 2020 11:02:57 150 0

Tacikistanla sərhəddə baş verən toqquşmalara görə qırğızlar təxliyyə ediliblər

Kök-Taş kəndinin sakinləri təhlükəsizlik məqsədilə məktəb binasına yerləşdiriliblər

Tacikistanla sərhəddə baş verən toqquşmalara görəQırğız Respublikasının Kök-Taş kəndinin sakinləri təxliyyə edilib və təhlükəsizlik məqsədi ilə məktəb binasına yerləşdiriliblər.

"Report" xəbər verir ki, bu barədə RİA “Novosti”yə Qırğız RespublikasınınBatken vilayəti administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, sərhədyanı Daxma bölgəsinin sakinləri də təhlükəsiz yerə təxliyyə edilib.

Qeyd edək ki, Qırğız RespublikasınınDövlət Sərhəd Xidmətinin məlumatına görə, yanvarın 10-na keçən gecə naməlum şəxslər qırğızların bir neçə avtomobilinə və evinə daş atıblar. Hadisə yerinə gələn sərhədçilər kiçik kalibrli silahlardan atəşə tutulub. DSX-nın məlumatlarına görə, atəş Tacikistan tərəfdən açılıb.

Qeyd olunur ki, hazırda atışma dayanıb.

Ümumiyyətlə, iki ölkəninsərhədi vaxtaşırı yerli əhali və ya iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Əsas səbəb dövlətlər arasındakı sərhədin haradan keçdiyini müəyyənləşdirməyin mümkün olmadığı məntəqələrdə delimitasiyanın olmamasıdır.