İnzibati binada yanğın


Digərləri 10 Yan 2020 11:08:00 126 0

İnzibati binada yanğın

Ağstafa rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Köçəsgər kəndində sahəsi 400 m² olan ikimərtəbəli inzibati binanın çardağı 15 m² sahədə, ikinci mərtəbəsinin döşəməsi və birinci mərtəbəsinin tavanı 20 m² sahədə və içərisində olan sənədlər yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəzər rayonunda da yanğın qeydə alınıb.

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.