Azərbaycan Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək


Digərləri 10 Yan 2020 11:02:57 165 0

Azərbaycan Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə Fərid Cəfərov və Enes Eminoğlu arasında görüş keçirilib

Bakı. Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi və təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Türkiyə Gənclər Fondunun (TUGVA) baş direktoru Enes Eminoğlu arasında görüş keçirilib. Fonddan Trend-ə verilən məlumata əsasən, 7 yanvar 2020-ci il tarixində İstanbul şəhərində keçirilən görüş zamanı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, o cümlədən təhsil, fərdi ideyaların dəstəklənməsi, beynəlxalq təmsilçilik, məşğulluq və digər sahələrdə gənclər üçün icra olunan proqramlar barədə məlumat verilib, Gənclər Fondunun fəaliyyəti barədə geniş təqdimat edilib. Görüş əsnasında iki qurum arasında əməkdaşlıq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb, xüsusilə tələbələrin dəstəklənməsi, gənclər mübadiləsi, beynəlxalq təmsilçilik, gənclərin potensialının artırılması, asudə vaxtın səmərəli təşkili və digər sahələrdə birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi barədə razılığa gəlinib. Həmçinin cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülük ili” elan edilməsi nəzərə alınaraq, könüllülüklə bağlı hər iki ölkənin gənclərinin iştirakı ilə beynəlxalq layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb.