Şövkət Ələkbərovanın intihar edən həyat yoldaşı


Kriminal 10 Yan 2020 10:05:00 98 0

Şövkət Ələkbərovanın intihar edən həyat yoldaşı

Bu gün mərhum rejissor Lətif Səfərovun anım günüdür.

Son.az kulis.az-a istinadən bu münasibətlə rejissor haqqında maraqlı faktları təqdim edir.

Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşı olanda rejissor Leo Murun "Gilan qızı" filminə çəkilib. Sonralar "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevin tələbəsi olub.

Balaca Lətif rejissor Mikayıl Mikayılovun qayğıkeşliyi sayəsində kinostudiyanın aktyor ştatına işə götürülür. O, günün birinci yarısını internat məktəbdə oxuyur, dərslərini qurtaran kimi işə gedir. Studiyada çalışanlar balaca aktyora məhəbbətlə, nəvazişlə yanaşır. O, heç gözləmədiyi halda ulduz həyatı yaşayır.

1928-ci ildə "Sevil" filminin çəkilişi başlayanda Gündüz obrazı Cəfər Cabbarlının tövsiyəsi ilə Lətifə həvalə edilir. O, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi aktyorlarla bir sırada kamera qarşısına keçir.

Ziyalı, vəzifə sahibi olan atası Bəşirlə anası Maya xanım Lətifin dörd yaşı olanda boşanırlar. Ata onu və balaca qızını keçmiş həyat yoldaşının himayəsində qoyub başqa bir qadınla ailə qurur. 37-ci ildə Lətifin on yeddi yaşı tamam olanda atası xalq düşməni kimi repressiya olunaraq sürgün olunur. Uzun illər bu faciənin əzabı ilə yaşayan Lətifin həsrətinə on səkkiz il sonra son qoyulur. Atası 1955-ci ildə günahsız qurban kimi bəraət alaraq sürgündən qayıdır.

Sonralar o, özü bu barədə belə yazır: "...Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Müstəqil həyatımı küçədən başladım. Onda yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız isti, amma skamyalar gündüzkü kimi bərk olurdu..." Atası sürgündən sağ qayıdır. Onların görüşü baş tutur. Bu təsirli səhnə Lətifin xatirələrindən yan keçməyib: "...Mənə bu yaxınlarda atamı görmək xoşbəxtliyi nəsib oldu. Bədbəxtlikdən o da uzun sürmədi... O, vəfat etdi..."

Lətif Səfərov iki dəfə ailəli olub. Onun ilk həyat yoldaşı tələbə yoldaşı Faina Nikolayevna adlı rus qadın olur. Bu evlilikdən rejissorun iki övladı olur. Lakin, bir müddət sonra Faina onu tərk edərək uşaqlarını da götürüb Moskvaya gedir. 1955-ci ildə Lətif Səfərov "Bəxtiyar" filminin çəkilişləri zamanı Bəxtiyarın mahnılarını səsləndirən məşhur xanəndə Şövkət Ələkbərova ilə tanış olub ailə qurur. Onların bu evliliklərindən Bəşir adlı övladı olub.

Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkib. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...

Bəstəkar Tofiq Quliyevlə çox yaxın dost olublar. "Bəxtiyar", "Qızmar günəş altında" kimi filmlərdə birgə işləyiblər. Rejissorun yaxın dostlarından biri də Rəsul Rza olub: "Lətifi mən çox sevərdim. Sənin ölməyə haqqın olmadığı kimi mənim də haqqım var deyim ki, çəkilməmiş filmləri, tapılmamış mizanları kimə tapşırıb getdin? Bir damcı göz yaşı, bir təbəssüm, bir gülüş, bir insan sevincinə səbəb olacaq kadrları hara apardın?!"

Ağsuya qonaq gələn Sumqayıt sakini iki gənci bıçaqladı like
  • 10 Yan 10:02  
Digərləri Ağsuya qonaq gələn Sumqayıt sakini iki gənci bıçaqladı

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Zülfiyyənin məşhur klipi 17 il əvvəl belə çəkilib  VİDEO like
  • 10 Yan 10:00  
Şou-biznes Zülfiyyənin məşhur klipi 17 il əvvəl belə çəkilib VİDEO

Xalq artisti Zülfiyyə Xanbabayeva 17 il əvvəl çəkilmiş məşhur "Qə

arrow Ətraflı
Xəzərdə 4 otaqlı ev yanıb like
  • 10 Yan 09:54  
Digərləri Xəzərdə 4 otaqlı ev yanıb

Xəzər rayonunda yanğın qeydə alınıb.

arrow Ətraflı
Təşviqat üçün 256 daimi görüş yeri ayrılıb like
  • 10 Yan 09:51  
Digərləri Təşviqat üçün 256 daimi görüş yeri ayrılıb

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkil

arrow Ətraflı
Deputatlığa namizədlər üçün son gün like
  • 10 Yan 09:46  
Siyasət Deputatlığa namizədlər üçün son gün

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkil

arrow Ətraflı
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı nəşr edilib like
  • 10 Yan 09:45  
Digərləri Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı nəşr edilib

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı artıq nəşr

arrow Ətraflı
Ötən il AÇG-də gündəlik neft hasilatı 535 min barel olub like
  • 10 Yan 09:44  
İqtisadiyyat Ötən il AÇG-də gündəlik neft hasilatı 535 min barel olub

​Ötən il AÇG-də gündəlik neft hasilatı 535 min barel olub

arrow Ətraflı
Cəbhədən YENİ XƏBƏR like
  • 10 Yan 09:42  
Siyasət Cəbhədən YENİ XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Təbii qaz yenidən ucuzlaşdı like
  • 10 Yan 09:37  
Digərləri Təbii qaz yenidən ucuzlaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı like
  • 10 Yan 09:37  
Digərləri Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəb

arrow Ətraflı
AÇG yatağında hasilat 500 milyon tona çatıb like
  • 10 Yan 09:33  
İqtisadiyyat AÇG yatağında hasilat 500 milyon tona çatıb

​AÇG yatağında hasilat 500 milyon tona çatıb

arrow Ətraflı
Manatın bu günə məzənnəsi like
  • 10 Yan 09:33  
Digərləri Manatın bu günə məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 10 yanvar tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
Növbədənkənar parlament seçkilərində təşviqat üçün 256 daimi görüş yeri ayrılıb like
  • 10 Yan 09:32  
Digərləri Növbədənkənar parlament seçkilərində təşviqat üçün 256 daimi görüş yeri ayrılıb

Şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı ye

arrow Ətraflı
Deputatlığa namizədlər üçün SON gün – MSK sədrindən tövsiyə like
  • 10 Yan 09:29  
Digərləri Deputatlığa namizədlər üçün SON gün – MSK sədrindən tövsiyə

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkil

arrow Ətraflı