Ağsuya qonaq gələn Sumqayıt sakini iki gənci bıçaqladı


Digərləri 10 Yan 2020 10:02:00 202 0

Ağsuya qonaq gələn Sumqayıt sakini iki gənci bıçaqladı

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Ağsu şəhəri ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini olan bir şəxs rayon ərazisinə gələrək Ağsuda yaşayan rayon sakinləri Şirəliyev Tural Qurban oğlu və Abasov Pərviz İdris oğlunu bıçaqlayıb və hadisə yerindən qaçıb. Yaralılar təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunublar.