Növbədənkənar parlament seçkilərində təşviqat üçün 256 daimi görüş yeri ayrılıb


Digərləri 10 Yan 2020 09:32:00 164 0

Növbədənkənar parlament seçkilərində təşviqat üçün 256 daimi görüş yeri ayrılıb

Şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb. Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı siyahıya əsasən, "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib. Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin