ABŞ vətəndaşları saxta SMSlə təcili orduya çağırıldılar: “İrana gedirsiniz!”


Dünya 09 Yan 2020 20:30:00 118 0

ABŞ vətəndaşları saxta SMSlə təcili orduya çağırıldılar: “İrana gedirsiniz!”

ABŞ vətəndaşları orduya təcili çağırıldıqları barədə SMS-lər almağa başlayıblar. İsmarıcları göndərənlər vətəndaşlardan İrana göndərilmələri üçün təcili şəkildə ən yaxın çağırış məntəqələrinə getmələrini tələb ediblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq ABŞ Ordusunun nümayəndəsi bəyanatla çıxış edərək, bu təxribatların saxta olduğuna dair bir açıqlama yayıb.

Qeyd edək ki, ABŞ-da orduya icbari çağrılma haqqında qanun layihəsi 1973-cü ildə Vyetnam müharibəsindən sonra ləğv edilib. Səfərbərlik qərarı ABŞ Konqresi tərəfindən qəbul edilməli və sonra prezident tərəfindən təsdiqlənməlidir.

Saxta çağırışlar ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda başlayıb.