Antonio Quterreş: "Üzv ölkələr BMT-nin nizamnaməsinə daha ciddi əməl etməlidir"


Dünya 09 Yan 2020 20:10:04 127 0

Antonio Quterreş: "Üzv ölkələr BMT-nin nizamnaməsinə daha ciddi əməl etməlidir"

Təhlükəsizlik Şurasının bu məsələyə həsr olunmuş iclasında Baş katib geosiyasi gərginliyin Fars körfəzində təhlükəli həddə çatdığını qeyd edib.

BMT-nin Baş katibi Antonio Quterreşüzv ölkələri təşkilatın nizamnaməsinə daha ciddi əməl etməyə çağırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının bu məsələyə həsr olunmuş iclasında Baş katib geosiyasi gərginliyin Farskörfəzində təhlükəli həddə çatdığını qeyd edib.

Hazırda gərginliyin təkcə hərbi sahədə yox, həm də iqtisadiyyatda və kiber məkanda da artdığını diqqətə çatdıran təşkilat rəhbəri dünya böyu ixtilaf və qarışıqlıqların baş alıb getdiyi bir vaxtda məhz nizamnamənin beynəlxalq əməkdaşlığın təməli olaraq qaldığını vurğulayıb: “Nifrət və cəzasızlığın tüğyan etdiyi hazırkı dövrdə qanunun aliliyini, insan ləyaqətinin hər şeydən üstün olduğunu bizə nizamnamə xatırladır. Nizamnamənin məramları və dəyərləri sürətli dəyişikliklər və texnoloji inkişaf dövründə də əhəmiyyətini itirmir”.