80 ABŞ əsgərinin öldüyünü deyən İrandan


Dünya 09 Yan 2020 19:22:00 130 0

80 ABŞ əsgərinin öldüyünü deyən İrandan

Daha əvvəl ABŞ-ın İraqdakı hərbi bazasına hücum nəticəsində 80 amerikalı əsgərin öldüyünü bildirən İrandan yeni açıqlama gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun komandiri Əli Hacızadə raket zərbələrinin ABŞ əsgərlərini öldürmək üçün yox, texniki təchizata ziyan vurmaq üçün edildiyini bildirib. O qeyd edib ki, general Qasım Süleymaninin öldürülməsindən sonra münasib intiqam ABŞ əsgərlərini bölgədən çıxarmaq olardı. Digər tərəfdən, Hacızadə ABŞ əleyhinə əməliyyatların bütün bölgədə davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən keçirdiyi mətbuat konfransında hərbi bazaya raket zərbələri nəticəsində Amerikanın heç bir əsgərinin ölmədiyini və ya xəsarət almadığını bildirmişdi.