Parisdə polislə etirazçılar arasında toqquşmalar olub


Dünya 09 Yan 2020 20:17:00 114 0

Parisdə polislə etirazçılar arasında toqquşmalar olub

Parisdə polislə pensiya islahatlarına qarşı çıxan etirazçılar arasında toqquşmalar olub.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşmalar Montolon meydanında qeydə alınıb.

Etirazçılar radikal aksiyaçıları geri çəkməyə çalışan polis işçilərinə daş və şüşə ilə hücum ediblər. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.

Etirazlarda asayişi təmin etmək üçün təxminən 5,5 min polis və jandarma iştirak edir. Polis prefekturasından verilən məlumata görə, bu saata qədər etiraz aksiyaları zamanı 9 nəfər saxlanılıb.