Gəncədə 70 yaşlı piyadanı maşın vurub öldürdü


Digərləri 09 Yan 2020 19:53:00 303 0

Gəncədə 70 yaşlı piyadanı maşın vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində olub. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada - 70 yaşlı Hicran Babayevanı vurub. Sürücü qadını xəstəxanaya çatdırsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.