Xırdalanda oyun zalından oğurluq olub


Sosial 09 Yan 2020 19:48:05 148 0

Xırdalanda oyun zalından oğurluq olub

Abşeron rayonunda naməlum şəxs obyektdən 1 ədəd "PlayStation 4" aparatını oğurlayıb.

Abşeron rayonunda naməlum şəxs obyektdən 1 ədəd "PlayStation 4" aparatını oğurlayıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.

Naməlum şəxs müştəri kimi daxil olduğu obyektdən oğurluq edib. Hadisə təhlükəsizlik komerası tərəfindən qeydə alınıb.Təxminən, yaşı 30-35 olan naməlum şəxs əvvəlcə müştəri kimi içəri daxil olaraq qəlyan sifariş edib.Daha sonra o, diqqətdən yayınaraq"PlayStation 4" aparatını oğurlayıb.

Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Fakatla bağlı araşdırma aparılır.