Qubada bir uşaq atasını öldürən gəncin məhkəməsi başlayır


Sosial 09 Yan 2020 19:50:19 133 0

Qubada bir uşaq atasını öldürən gəncin məhkəməsi başlayır

Qubanın Aşağı Atuc kəndində qətllə nəticələnən insidentlə bağlı ibtidai istintaq başa çatıb

Qubanın Aşağı Atuc kəndində qətllə nəticələnən insidentlə bağlı cinayət işi üzrəibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi üzrə təqsirləndirilən Cabir Əhmədxanov və Cavid Əhmədxanov barədə toplanan istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar Mikayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Qubanın Aşağı Atuc kənd sakini, 31 yaşlı Cabir Ayətşah oğlu Əhmədxanov "Dostum" kafesində30 yaşlı Aşağı Xuc kənd sakini Babək Aydabəy oğlu Şükürovu bıçaqlayaraq öldürüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Əhmədxanovlar xeyli vaxtdır yeri məşğul etdikləri üçün kafe sahibi masanı boşaltmasını xahiş edib.

Lakin C.Əhmədxanov kafe sahibinin sözünə əməl etməyib və onunla mübahisə etməyə başlayıb. Bu zaman digər masada olan 30 yaşlı Babək həmin şəxsə sakit olmasını bildirib.Tərəflər arasında baş verən davada B.Şükürov bıçaqlanıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Cabir Əhmədxanov əvvəllər də məhkumluq həyatı yaşayıb və həbsdən bir il öncə çıxıb.

Dünyasını dəyişən Babək Şükürov isə bir uşaq atası olub.