Azərbaycan dilini öyrənən xaricilər üçün tədris vəsaitləri hazırlanacaq


Digərləri 09 Yan 2020 19:50:00 111 0

Azərbaycan dilini öyrənən xaricilər üçün tədris vəsaitləri hazırlanacaq

Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün tədris vəsaitləri hazırlanacaq.

Bakı. İlhamə İsabalayeva – Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün tədris vəsaitləri hazırlanacaq. İnstitutdan Trend-ə verilən məlumata görə, bu işlər “Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin tətbiqi ilə tədris vəsaitləri dəstinin hazırlanması” layihəsi çərçivəsində hazırlanacaq. Vəsaitlərin hazırlanması 2021-ci ilədək mərhələli şəkildə yerinə yetiriləcək.