Acunun gündəmdən düşməyən 20 yaşlı sevgilisi... FOTO


Digərləri 09 Yan 2020 19:26:00 137 0

Acunun gündəmdən düşməyən 20 yaşlı sevgilisi...  FOTO

Bir neçə gündür ki, Türkiyə gündəmini Ayça Çağla Altunkaya zəbt edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı xanımın TV 8-in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı ilə sevgili olmasıdır.

Əslində cütlük ilk dəfə 6 ay əvvəl Mikonos adasında Acunun yaxtasında görüntülənib. Ardından isə Mayami küçələrindəki görüntüləri sosial şəbəkə və mediada yayılıb.

Ayça isə açıqlamasında 50 yaşlı Acunla iki il əvvəl tanış olduğunu qeyd edib: "Ad günü şənliyimdə tanış olduq. Mənə dedi ki, sənin indi 18 yaşın oldu? Xeyli güldük".

Çağlanın yenidən gündəmə gəlməsinin ən böyük səbəbi isə Acunun layihə rəhbəri olduğu "O səs Türkiyə"nin Yeni il çəkilişlərində iştirak etməsidir. Zalda əyləşən gənc xanım bütün kameraların diqqətində olub və davamlı olaraq efirdə göstərilib.

1999-cu il təvəllüdlü Çağla Yalovada yaşayır və tibb bacısı üzrə təhsil alıb.