Ukrayna təyyarəsi bu raketlə vurulub? FOTO


Dünya 09 Yan 2020 19:10:00 129 0

Ukrayna təyyarəsi bu raketlə vurulub?  FOTO

"@Liberalist_30" adlı "Twitter" istifadəçisi Tehranda qəzaya uğrayan Ukrayna Beynəlxalq Hava yollarına məxsus təyyarənin qəza yerindən daha bir fotosunu dərc edib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, şəkildə zenit raketinin fraqmentinin əks olunduğu iddia edilir. İstifadəçinin sözlərinə görə görüntü onun "Telegram" ünvanına göndərilib.

Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə "Boeing 737-800" təyyarəsinin qəza yerində çəkildiyi iddia edilən başqa bir foto yayılmışdı.

Bu şəkillərə əsaslanaraq sosial şəbəkə istifadəçiləri Ukraynaya məxsus təyyarənin "Tor" zenit raket kompleksindən buraxılan raketlə vurula biləcəyini iddia edirlər.