"Evli kişi ilə münasibətim olsaydı, güzgüdə özümə baxa bilməzdim"


Digərləri 09 Yan 2020 19:15:00 150 0

"Evli kişi ilə münasibətim olsaydı, güzgüdə özümə baxa bilməzdim"

Hollivud ulduzları - Ancelina Coli ilə Bred Pittin "Mr. and Mrs. Smith" filmi sayəsində baş tutan tanışlıq hekayəsindən 15 il keçməsinə baxmayaraq, aktrisa hələ də evli kişini boşatdıran qadın kimi qələmə verilir. Üstündən illər ötsə də, iddia olunur ki, Bredin Cennifer Enistondan boşanmasının səbəbkarı Ancelinadır.

Son.az publika.az-a istinadən xəbər verir ki, Ancelina bu barədə ilk dəfə açıqlama verib. O, müsahibəsində bildirib ki, heç vaxt evli kişi ilə yasaq eşq yaşamayıb:

"Əgər evli kişi ilə münasibətim olsaydı, özümü heç vaxt bağışlamazdım. Atamın anama xəyanət etdiyini xatırlasaq, evli kişi ilə birlikdə olmaq bağışlaya biləcəyim hal deyil. Bunu etsəydim, güzgüdə özümə baxa bilməzdim".