"Lukoyl"un zavodu yanıb


Digərləri 09 Yan 2020 19:16:30 145 0

"Lukoyl"un zavodu yanıb

Rusiyanın Komi Respublikasında "Lukoyl" neft şirkətinə məxsus neft emalı zavodu yanıb.

Bakı. Rusiyanın Komi Respublikasında "Lukoyl" neft şirkətinə məxsus neft emalı zavodu yanıb. Trend-in məlumatına görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Həmin şəxs xəstəxanaya çatdırılıb. Yanğının söndürülməsinə 15 yanğınsöndürən maşın cəlb edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zavodun ümumilikdə 1000 kvadrat ərazisi yanıb.