Sumqayıtda piyadanı vuraraq qəza yerindən qaçan sürücü saxlanılıb


Digərləri 09 Yan 2020 18:36:31 127 0

Sumqayıtda piyadanı vuraraq qəza yerindən qaçan sürücü saxlanılıb

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Z.Şirinov vurulub.

Bakı. Sumqayıt şəhəri ərazisində piyadanın xəsarət alması ilə nəticələnmiş qəza törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 1-də saat 18 radələrində Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Z.Şirinov vurulub və piyada xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini M.Babaşov saxlanılıb.