Əli Əsədov Ukraynanın baş naziri və İranın birinci vitseprezidentinə başsağlığı verib


Siyasət 08 Yan 2020 20:23:00 102 0

Əli Əsədov Ukraynanın baş naziri və İranın birinci vitseprezidentinə başsağlığı verib

Baş Nazir Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.

Son.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda deyilir:

"Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Ə.Əsədov İran Prezidentinin birinci müavini İshaq Cahangiriyə də başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"