Eyni qadından orqan köçürülən şəxslər ölüb Həkimlər TƏQSİRLƏNDİRİLİR FOTO


Dünya 08 Yan 2020 21:01:00 110 0

Eyni qadından orqan köçürülən şəxslər ölüb  Həkimlər TƏQSİRLƏNDİRİLİR  FOTO

İzmirdə əri döydüyü üçün xəstəxanaya gətirilən Filiz adlı qadına meningit diaqnozu qoyulub və onu xilas etmək mümükün olmayıb. Beyin ölmü təsdiqlənən qadının orqanları başqa xəstələr üçün donor kimi istifadə edilib.

Son.az medicina.az-a istinadən bildirir ki, eyni gün edilən əməliyyatlarla qadının böyrəkləri iki ayrı şəxsə, qaraciyəri isə digər bir şəxsə köçürülüb. Lakin əməliyatdan bir neçə gün sonra böyrək köçürülən xəstələrdən biri və qaraciyər köçürülən xəstənin halları pisləşib.

Yenidən xəstəxanaya yerləşdirilən xəstələri xilas etmək mümükün olmayıb. Üçüncü xəstə isə reanimasiyadadır.Onun həyati təhlükəsinin olduğu bildirilir.

Donor köçürülən şəxslərin ailələri həkim məsuliyyətsizliyinin nəticəsində yaxınlarının öldüyünü iddia edir. Onlar Səhiyyə Nazirliyinə şikayət edib.Hazırda məsələ ilə bağlı araşdırma aparılır.