Tramp: Dünya İranın terror kampaniyasına dözməyəcək


Dünya 08 Yan 2020 21:06:00 108 0

Tramp: Dünya İranın terror kampaniyasına dözməyəcək

Dünya İranın terror kampaniyasına dözməyəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezident Donald Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına hücumundan sonra xalqa müraciətində deyib.

D.Tramp bəyan edib: "Sivil dünya İran rejiminə artıq bu ölkənin terror kampaniyasına dözməyəcəyinə və bu kampaniyanın genişlənməsinə imkan verməyəcəyinə dair açıq bir siqnal verdi. Bu gün NATO-nu Yaxın Şərqdəki proseslərdə daha fəal iştirak etməyə çağıracağam."