Tramp: Dünya İranın terror kampaniyasına dözməyəcək


Digərləri 08 Yan 2020 21:02:00 117 0

Tramp: Dünya İranın terror kampaniyasına dözməyəcək

Sivil dünya İran rejiminə artıq bu ölkənin terror kampaniyasına dözməyəcəyinə və bu kampaniyanın genişlənməsinə imkan verməyəcəyinə dair açıq bir siqnal verdi.

Bakı. Dünya İranın terror kampaniyasına dözməyəcək. Trend-in məlumatına görə, bunu Prezident Donald Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına hücumundan sonra xalqa müraciətində deyib. D.Tramp bəyan edib: "Sivil dünya İran rejiminə artıq bu ölkənin terror kampaniyasına dözməyəcəyinə və bu kampaniyanın genişlənməsinə imkan verməyəcəyinə dair açıq bir siqnal verdi. Bu gün NATO-nu Yaxın Şərqdəki proseslərdə daha fəal iştirak etməyə çağıracağam."