"Tehran müharibə istəmir, amma ABŞ döyüşmək istəyirsə, biz hazırıq"


Dünya 08 Yan 2020 20:53:00 111 0

"Tehran müharibə istəmir, amma ABŞ döyüşmək istəyirsə, biz hazırıq"

Bizim ABŞ hərbi bazalarına endirdiyimiz raket zərbələri qisas məqsədli idi. Qeyd etmək istəyirəm ki, ABŞ Qasım Süleymaninin öldürülməsi ilə bütün beynəlxalq hüquq qaydalarını pozdu.  

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri media.az-a açıqlamasında iranlı politoloq Əhməd Vahşitex deyib. 

Siyasi analitik bildirib ki, Süleymani ən nüfuzlu İran generallarından biri idi:  

"O, altı il İŞİD terrorçularına qarşı vuruşdu. Yaxın Şərqdə terrorla mübarizəyə verdiyi töhfənin əhəmiyyəti barəsində Rusiyada, Türkiyədə və Suriyada geniş danışıldı. 

İran və ABŞ kimi İraq da BMT üzvü bir ölkədir. Bəs nə baş verir? Birləşmiş Ştatlar İraqın bir yüksək rütbəli generalına atəş açır. Bu necə mümkündür? Bu terror aktıdır. İran isə cavab verəcəyinə söz verdi və ABŞ-ın bölgədəki hərbi bazalarına zərbə endirildi".