Elza Seyidcahanın namizədliyi qeydə alındı FOTO


Şou-biznes 08 Yan 2020 20:47:00 169 0

Elza Seyidcahanın namizədliyi qeydə alındı  FOTO

Əməkdar artist Elza Seyidcahanın növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınıb.  

Son.az oxu.az-a istinadən bildirir ki, sənətçi şəxsi "İnstagram" hesabında "qeydiyyat vəsiqəsinin" fotolarını paylaşıb. 

Seyidcahanın namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb.  

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahanla yanaşı ATV-nin məşhur aparıcısı Aytən Səfərova 87-ci saylı Ağsu-İsmayıllı seçki dairəsindən, aktrisa Könül Yusifqızı Abşeron rayonunun 45 saylı seçki dairəsindən namizədliyini irəli sürülüb.  

Ölkə ərazisində növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutacaq.