“Türk axını” qaz boru xəttinin açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB


İqtisadiyyat 08 Yan 2020 20:01:00 157 0

“Türk axını” qaz boru xəttinin açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

​“Türk axını” qaz boru xəttinin açılış mərasimi başlayıb

Video əlavə olunub

*** 17:03

"Rusiya təbii qazının Türkiyəyə ixracı 30 ildir həyata keçirilir. Qaz ixracınıillərdir fərqli kəmərlərlə həyata keçirirdik. İndi isə “Türk axını” ilə yeni bir xətt əlavə ediləcək”.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə,Türkiyə və Rusiya qarşıdakı illərdə həm enerji sahəsində, həm də digər sahələrdə ən iddialı layihələri gerçəkləşdirəcək: “Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə davam edir. “Türk axını”nın tikintisi rekord müddətdə tamamlanıb”.

V.Putin əlavə edib ki,ilk xətdən gələn təbii qaz Serbiyanın qərbindən keçəcək: “İkinci xətt isə Türkiyə üzərindən Cənubi Avropaya Rusiya qazını ixrac edəcək”.

***16:47

Rusiya təbii qazını Türkiyə və bu ölkə üzərindən Avropaya nəql edəcək “Türk axını” qaz boru xəttinin açılış mərasimi başlayıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, həmçinin Serbiya dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan prezidenti Boyko Borisov da iştirak edirlər.

Xatırladaq ki, Azərbaycanı isə Energetika naziri Pərviz Şahbazov təmsil edir.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd.kubmetrdir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək