Qısqanc kişi sevgilisinin burnunu YEDİ FOTO


Dünya 08 Yan 2020 20:17:00 168 0

Qısqanc kişi sevgilisinin burnunu YEDİ  FOTO

Kanadanın Toronto şəhərində sevgilisini qısqanan kişi qızın burnunu qoparıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Allison Danilko, sevgilisi Nik Graval ona vanna otağında hücum edib.

30 yaşlı Nikin qızın Kosta Rikaya getməsinə icazə vermək istəməyib. Bu səbəbdən cütlüyün aralarında mübahisə yaranıb.

"Məni divara sıxdı, qışqırmağa başladım, ancaq o, məni buraxmadı. Qəfildən burnumu dişlədi", - qız qeyd edib. Zərərçəkən qaçaraq oğlanın əlindən xilas olub. Allison təcili xəstəxanaya çatdırılıb.

Polis qopmuş burunu tapa bilməyib. Qız isə sevgilisinin onu yediyini, ya da unitaza tulladığını iddia edib.