Bakıda qardaş bacısını öldürmək istədi


Digərləri 08 Yan 2020 20:07:00 151 0

Bakıda qardaş bacısını öldürmək istədi

Qaradağ rayonunda bacısını öldürmək istəməkdə təqsirli bilinərək məhkum olunan Cəlil Əzimov Bakı Apellyasiya Məhkəməsimə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, onun müraciətinə hakim Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq. Məhkəmə baxış iclası yanvarın 10-na təyin olunub.

Qeyd edək ki, ötən il martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Cəlil Əzimov evində münaqişə zəminində bacısı Amina Əzimovaya bıçaqla xəsarət yetirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. İstintiq orqanları tərəfindən C. Əzimova Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.