NATOnun baş katibi İrana səsləndi


Dünya 08 Yan 2020 20:10:00 129 0

NATOnun baş katibi İrana səsləndi

NATO-nun Baş katibi Yens Stoltenberq İranın ABŞ hərbi bazalarına endirdiyi hava zərbələrinə münasibət bildirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, baş katib müvafiq postu özünün "Twitter" hesabında paylaşıb:  

"Mən İranın ABŞ və koalisiya qüvvələrinə qarşı hücumunu pisləyirəm. NATO İranı növbəti zorakı addımlardan çəkinməyə çağırır".

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gecə ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu həyata keçirib.