Ərdoğan: "ABŞla İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb"


Dünya 08 Yan 2020 20:00:00 127 0

Ərdoğan: "ABŞla İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb"

ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türk axını" qaz kəmərinin açılışı mərasimində deyib.

O bildirib ki, Türkiyə regionun hərbi əməliyyatlar zonasına çevrilməsini istəmir:

"Heç kimin öz maraqları uğruna bütün regionu yanğın bölgəsinə çevrimək ixtiyarı yoxdur. Biz əlimizdə olan bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik".