Evdən pul və zinət əşyaları oğurlayan şəxs saxlanıldı


Digərləri 08 Yan 2020 18:45:00 139 0

Evdən pul və zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salamov saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 43-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 7500 manat və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salamov saxlanılıb.