Avstraliyada minlərlə dəvə məhv ediləcək


Digərləri 08 Yan 2020 18:35:31 184 0

Avstraliyada minlərlə dəvə məhv ediləcək

Avstraliya hökuməti ölkədə minlərlə dəvəni məhv etmək qərarı verib

Bakı. Avstraliya hökuməti ölkədə minlərlə dəvənin məhv edilməsi ilə bağlı qərar verib. Trend-in məlumatına görə, ümumilikdə 10 minədək dəvənin öldürülməsi planlaşdırılır. Qeyd olunur ki, dəvələr həddindən artıq su içir və bununla da meşə yanğınlarının söndürülməsi üçün lazım olan su ehtiyatlarını azaldır. Dəvələrin bəzən su axtarışı ilə aborigenlərin evinə daxil olduğu da deyilir.