İran “qara qutu”ları ABŞa göndərməkdən imtina etdi


Dünya 08 Yan 2020 18:19:02 153 0

İran “qara qutu”ları ABŞa göndərməkdən imtina etdi

İran qəzaya düşən Ukrayna təyyarəsinin "qara qutu"larını  ABŞ-a məxsus "Boing" şirkətinə göndərməkdən imtina edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə bildirib.

"Biz "qara qutu"ları istehsalçıya və amerikalılara verməyəcəyik", - o bəyan edib. 

Abedzadə İranın hələ uçuş qeydlərini şifrəsinin açılması üçün göndəriləcəyi hər hansı ölkəni seçmədiyini ifadə edib. Həmçinin o, "qara qutu"lardakı məlumatların təhlili tamamlanana qədər qəzanın səbəbinin açıqlanmayacağını da söyləyib.

Qeyd edək ki, Ukrayna Hava Yollarına məxsus "Boing-737" tipli təyyarə bu gün səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb.