Oliver Kan "Bavariya"ya qayıdıb


Digərləri 08 Yan 2020 18:13:00 116 0

Oliver Kan "Bavariya"ya qayıdıb

"Bavariya"nın əfsanəvi qapıçısı Oliver Kan sabiq klubuna qayıdıb.

Bakı. "Bavariya"nın əfsanəvi qapıçısı Oliver Kan sabiq klubuna qayıdıb. Trend-in məlumatına görə, 50 yaşlı sabiq qapıçı Münhen təmsilçisinin idarə heyətinə üzv təyin edilib. O, qarşıdakı iki il ərzində idarə heyətinin sədri Karl-Hayns Rummeniggeyə kömək edəcək. Gələn il dekabrın 31-də Rummeniggenin müqavilə müddəti başa çatdıqdan sonra isə məhz Kan İdarə Heyətinin sədri olacaq. Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"da oynayıb.