Ermənistan hərbçisi pulemyotla özünü vurub


Dünya 08 Yan 2020 18:00:33 112 0

Ermənistan hərbçisi pulemyotla özünü vurub

O, aldığı güllə yarasından ölüb

Ermənistanda müddətdən artıq xidmət edən hərbi qulluqçuQeqam Xaçatryan adına təhkim olunan pulemyotdan özünü vurub.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki,o, aldığı güllə yarasından ölüb.

Faktla bağlı intihar həddinə çatdırma əlamətləri üzrə cinayət işi başlanılıb.