KİV: ABŞ hərbçiləri Suriyadakı iki bazanı tərk ediblər


Dünya 08 Yan 2020 18:07:14 114 0

KİV: ABŞ hərbçiləri Suriyadakı iki bazanı tərk ediblər

Hərbi texnikanın yükləndiyi yük maşınları İraqla sərhədə doğru hərəkət edir

ABŞ hərbçiləri Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən iki bazanı tərk edib.

"Report" xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki,hərbi texnikanın yükləndiyi 40-a yaxın yük maşını Hasek əyalətindəki Xorab-Ceyr bazasını İraqla sərhədə doğru tərk edib. Eyni zamanda Şəddadi şəhərindəki bazadan hərbi texnikanın yükləndiyi 50 yük maşını İraqla sərhəddəki Əl-Vəlid sərhəd-buraxılış məntəqəsinə doğru yola düşüb.