Estoniyada ailə həkiminin "qaynar xətt"i artıq fərdi məsləhət də verə bilir


Dünya 08 Yan 2020 07:07:00 207 0

Estoniyada ailə həkiminin "qaynar xətt"i artıq fərdi məsləhət də verə bilir

Bu ilin yanvar ayının 1-dən etibarən Estoniyada ailə həkiminin "qaynar xətti"ndə çalışan əməkdaşlar pasiyentlərin tibbi məlumatlarını gözdən keçirə və fərdi məsləhətlər verə biləcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "qaynar xətdə" çalışan həkimlər və tibb bacıları zəng edən şəxsin razılıq verdiyi təqdirdə təyin olunmuş dərmanlar və əvvəlki tibbi müayinənin nəticələri kimi məlumatları görə biləcəklər. Məsləhətlər ingilis, eston və rus dillərində verilir.

Ölkənin tibbi sığorta fondu təcili və ya həyat üçün əhəmiyyətli olan müalicəyə ehtiyac duyulmadığı halda təcili yardım xidmətinə və ya ailə həkim klinikasına zəng etmək əvəzinə "qaynar xətt"ə zəng etməyi məsləhət görür.