Məşhur cütlüyün oğlu səhvən bıçaqlanaraq öldürüldü


Dünya 07 Yan 2020 19:58:00 140 0

Məşhur cütlüyün oğlu səhvən bıçaqlanaraq öldürüldü

İstanbulun Şişli məhəlləsində şərəb istehsalı ilə məşğul olan dünyaca məşhur firmanın sahibləri Fiqen M. ilə Randolp V.M.nın oğlu Emre M. bıçaqlanaraq öldürülüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə xəstəxana önünündə törədilib. Qardaşı ilə səbəbi bilinməyən mübahisədən sonra onun tərəfindən döyülən Emre xəstəxanaya çatdırılıb. O, təcili yardımdan endirilərkən Akın K. adlı şəxs onu qohumlarını yaralayan şəxsə bənzədərək bıçaqla hücum edib və gəncə ölümcül xəsarət yetirib. Emre M. həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Polis hadisədən sonra qaçan Akını həbs edib. Araşdırmalar zamanı qətli törədənin daha 3 qəsdən yaralama ittihamı üzrə cinayət işi olduğu üzə çıxıb.