Azərbaycanda ildırım, dolu, leysan hadisələrinin sayı çoxalıb


Digərləri 07 Yan 2020 19:51:48 170 0

Azərbaycanda ildırım, dolu, leysan hadisələrinin sayı çoxalıb

Azərbaycanın Aran rayonlarında, Abşeron yarımadasında göy qurultusu, ildırım, dolu, leysan hadisələrinin sayı çoxalıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanın Aran rayonlarında, Abşeron yarımadasında göy qurultusu, ildırım, dolu, leysan hadisələrinin sayı çoxalıb. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, “Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi” (2016-2019) mövzusunda aparılan araşdırma əsasında bu nəticəyə gəlinib. Araşdırmaya əsasən, Azərbaycanın əksər rayonlarında yağıntıların illik miqdarında azalmalar müşahidə edilib. Sutkalıq miqdarı ≥20 mm olan yağıntılı günlərin sayının azalmasına baxmayaraq, intensivliyi daha çox olan bol yağıntılı günlərin sayı artıb. Bunun səbəbi müdaxilə edən hava kütlələrinin xarakterində bəzi dəyişikliklərin baş verməsidir: "Məsələn, Xəzər dənizi üzərindən Lənkəran vilayətinə daxil olan hava kütlələri indi əsasən şimal-şərq və şərq istiqamətli olub. Bu hava kütlələrinin konvektiv dayanıqsız təbəqəsinin qalınlığı xeyli azalmışdır. Ona görə də qeyd edilən zonada bol yağıntılı günlərin sayı (həm də illik yağıntı miqdarı) 2 dəfədən çox azalıb".