İranlı ekspert: "Neft bahalaşa bilər"


Dünya 07 Yan 2020 19:47:00 130 0

İranlı ekspert: "Neft bahalaşa bilər"

Xam neftin qiyməti 80 dollara qədər bahalaşa bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu enerji məsələləri üzrə iranlı ekspert Behruz Namdari deyib.

B.Namdari bildirib ki, İran və ABŞ arasında söz qalmaqalı müharibəyə çevrilərsə, bu, regionun bütün neft satışına təsir göstərəcək.

İraqın bazara neft satışının vəziyyətinə münasibət bildirən iranlı ekspert deyib ki, neft obyektlərində hasilat üzrə operatorluq iraqlılar tərəfindən idarə olunarsa, bu ölkənin hasilatında problem yaranmayacaq və hasilat davam edəcək. Lakin həmin obyektlərdə operatorluq qeyri-iraqlı tərəfindən idarə olunarsa, o zaman vəziyyət dəyişəcək, İran və ABŞ arasında gərginliyin təsiri altına düşəcək.