Tövlədə yaşayan ailəyə möhtəşəm jest:


Digərləri 07 Yan 2020 19:40:00 202 0

Tövlədə yaşayan ailəyə möhtəşəm jest:

Son.az bildirir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişinin bugünkü buraxılışında telefon bağlantısı ilə əlaqə quran Fəridə adlı tamaşaçı tövlədə yaşayan ailəyə ev hədiyyə edib: "Qusar rayonunun Quluqoba kəndində iki otaqlı evimi çoxuşaqlı ailəyə təmənnasız vermək istəyirəm. Lakin orada sənədləşmə işləri aparmaq lazımdır. Ondan sonra bağışlayıram onlara". Xatırladaq ki, ötən gün "Elgizlə İzlə" verilişində canlı yayıma gələn çoxuşaqlı ailənin yaşadığı yer hər kəsin təəccübünə səbəb olmuşdu.